Qadin.NET / Seriallar intihara səbəb ola bilər

Seriallar intihara səbəb ola bilər

Seriallar intihara səbəb ola bilər

Gün ərzində yaşlı insanların saatlarla seriala baxmaları onlarda depressiyanın inkişafını daha da artırır. ANS PRESS-in məlumatına görə, Amerika alimləri bu riskin hər gün 3 saat seriala baxmaqla 13% artdığını söyləyir.
Bostondakı Harvard Universitetinin nəzdində olan tibb mərkəzinin tədqiqatçıları, 50 min amerikalı xanımın sağlamlığı haqqında əlamətləri, 10 il ərzində onların həyat obrazları haqqında doldurduğu anketlər əsasında analiz ediblər.
Tədqiqatçılar həmçinin, gündəlik olaraq 1 saat yarımdan az olmamaq şərti ilə, yaşlı insanların gəzməsi və ya adi fiziki məşğələləri yerinə yetirmələrinin depressiya riskinin 20% azaltdığını müəyyən etmişlər.
Xatırladaq ki, psixoloqlar həmişə şən olan insanlar arasında intihar həddinə çatan depressiyalı xəstələrinin daha çox olduğunu söyləyirlər. Mütəxəssislər bu halı "gülərüz depressiya” adlandırırlar.
Belə diaqnozlu insanlar adətən problemin olduğunu etiraf etməkdən qaçırlar və həmişə kütlədə gülərüzlü görkəmlərini saxlayırlar, evə gəldikdə isə yalnızlıqdan pərişan olurlar.

Mənbə: Anspress.com

1 may 2014
GO BACK