Qadin.NET / Mayın ilk günü hava necə olacaq?

Mayın ilk günü hava necə olacaq?

Mayın ilk günü hava necə olacaq?

Mayın 1-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq.
Temperaturun gecə 10-14°, gündüz 20-24°, Bakıda gecə 11-13°, gündüz 21-23° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütununda 756 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 9-14°, gündüz 24-29° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, duman olacağı gözlənilir.
Temperatur gecə 5-10°, gündüz 15-20° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 10-15°, gündüz 22-27° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 8-13°, gündüz 19-24° isti təşkil edəcək.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 10-15°, gündüz 23-28° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq.
Temperaturun gecə 10-14°, gündüz 20-25° isti, dağlarda gecə 10-14°, gündüz 15-20° isti olacağı gözlənilir. 

Mənbə: Milli.Az
1 may 2014
GO BACK