ABŞ-ın hüceyrə terapiyasının metodlarının işlənib hazırlanması və kommersiyalaşdırılması ilə məşğul olan “Bioheart Inc" tibbi biotexnoloji korporasiyası bəyan edib ki, ilk dəfə olaraq piy toxumasından alınan gövdə hüceyrələrin uğurlu implantasiyasını həyata keçirib. Nüfuzlu ABŞ mətbuat orqanı olan "The Wall Street Journal"ın yazdığına görə,implantasiya əməliyyatı Azərbaycanda - Bakı Mərkəzi Hərbi Hospitalında baş tutub.
"Bioheart" korporasiyasının baş elmi işçisi Kristin Komella bununla bağlı bildirib ki, gövdə hüceyrələrlə müalicə müasir təbabəti tamamilə dəyişir: "Bu texnologiyaları ağır xəstəliklərdən əziyyət çəkən xəstələrə çatdıra bildiyi üçün "Bioheart" çox xoşbəxtdir".
"The Wall Street Journal"ın yazdığına görə,implantasiya əməliyyatını "Bioheart" korporasiyası və "Anosis Biomedical Limited" şirkəti ilə əməkdaşlıq çərçivəsində Bakı Mərkəzi Hərbi Hospitalının Kordiologiya və ürək- damar cərahiyyəsi şöbəsinin müdiri, tibb elmləri doktoru Əmrah Anar həyata keçirib.Ətrafların qeyriruvaksulyar kretik işemiyasından əziyyət çəkən 55 yaşlı qadın posiyentə gövdə hüceyrələr implantasiya olunub.
Bildirilir ki, posiyentdə ətrafların 4-cü Rutherford kateqoriyasına uyğun gələn, Leriş – Fonteyn təsnifatına görə III dərəcəli kritik işemiyası var idi, hərəkətsizlik halında ağrılar, əzələ atrofiyası, sol ayağın nazikləşməsi müşahidə edilirdi. Angioqrafiyanın nəticələrinə görə, sol bud arteriyası, dizaltı arteriya və baldır arteriyası tutulmuşdu və aşağı ətrafın qanla təminatı adekvat deyildi.
Əməliyyat üçün posiyentin qarın nahiyəsindən piy toxuması yerli anesteziya ilə liposaksiya olunub. Bu toxumadan tərkibində mezenximal gövdə hüceyrələr olan stromal damar fraksiyası alınıb və posiyentin tronbositlərlə zəngin qan plazması ilə qarışdırılıb.Bu qarışıq dizdən aşağı əzələ toxumasına yeridilib.Prosedurun fəsadsız başa çatdırıldığı bildirilir.
Mənbə: Tibb qəzeti