Qadin.NET / Mazda-dan yenilik var

Mazda-dan yenilik var

 

Mazda-dan yenilik var

 

 

Cazibəli dizaynı və ən son texnoloji yenilikləri ilə diqqətdə qalmağı bacaran yapon brendi Mazda Azərbaycanda da yeniliyi ilə gündəmdədir: Mazda CX-5 modeli indi 4700 AZN ilkin ödəniş ilə satışdadır. Çox sərfəli lizinq şərtləri ilə təqdim edilən bu Mazda modelini tanıyanlar onun üstünlüklərinə bələddirlər: o, sinfinin ən yüksək klirensə malik avtomobillərindən biri kimi, 210 sm yerdən hündürlüklə nahamar yollardan “qorxmur”!

 

Mazda CX-5 Skyactiv texnologiyaları özündə birləşdirən ilk modellərdəndir. Avtomobilin hissələrin hazırlanmasında yüngül və dözümlü materiallardan istifadəsinə səbəb olmuş, xarici detalların və daxili avadanlığın dizaynına təsir etmiş bu texnologiyalar sayəsində avtomobil yanacağa yüksək qənaət və heyrətamiz performans nümayiş etdirir.

 

2.0 və 2.5 litr mühərriklər ilə təqdim edilən model 2.0 l mühərrikli 2WD (2-çəkər) komplektasiyası ilə zənginləşib.

 

İnnovasiyaları sevənlər Mazda CX-5-in “ağlına” heyran qalmaya bilməzlər!

İ-Stop yanacağın ağıllı sərfi komandası, Keyless go - açarsız giriş, sensorlu monitor avtomobilin ürəyindən keçənləri barmağının bir işarəsi ilə yerinə yetirməsi deməksə, arxa görüntü kamerası təhlükəsizliyin təminatı olan amillərdəndir. Keyfiyyətli musiqi dinləmək istəyənlər isə Premium Bose audiosistemini mütləq qiymətləndirəcəklər.

Mənbə.Lent.az

 

1 may 2014
GO BACK