Qadin.NET / Bakıda bəy və gəlindən təzə ənənə (FOTO)

Bakıda bəy və gəlindən təzə ənənə (FOTO)

 

Bakıda bəy və gəlindən təzə ənənə (FOTO)



 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyinin qeyd edildiyi günlərdə Suraxanıda yeni ailə quran gənclərin nikah mərasimlərinin rayondakı Heydər Əliyev Mərkəzində keçirilməsi daha bir yeni ənənənin əsasını qoyub.

Azərbaycan Respublikasının müstəqillik tarixi bir sıra mühüm dəyərlərlə yanaşı, yeni ənənələrin yaranması ilə də əlamətdardır. Hələ 2012-ci il aprel ayının 16-da Heydər Əliyev Mərkəzinin Suraxanı Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Ədliyyə Nazirliyi ilə birgə təşkil etdiyi “Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı tədbir iki gənc arasında nikah mərasiminin bağlanması ilə yekunlaşmışdı.

Aprelin 30-da keçirilən mərasimdə yeni ailə həyatı qurmağa hazırlaşan gənclər və onların yaxınları əvvəlcə Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə güllər düzüblər.

Nikah müqaviləsi Həmid Güləliyev və Elvira Əhmədova arasında bağlanıb. Yeni ailəyə qiymətli hədiyyələr verilib. Sonra yeni ailə quran gənclər və onların yaxınları Mərkəzin Elektron lektoriya zalında Heydər və Zərifə xanım Əliyevanın həyatından bəhs edən “Əsl məhəbbət haqqında” filminə baxıblar.

 

Mənbə:anspress.com

 

1 may 2014
GO BACK