Qadin.NET / Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.

Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.

 

 

Prezident İlham Əliyev Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında sərəncam imzalayıb.Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, sərəncamla Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyası yaradılacaq.

 

Mədəniyyət və Turizm Nazirliyi aidiyyəti qurumlarla birlikdə Bakı Xoreoqrafiya Məktəbinin binasının yerləşdiyi sahədə Bakı Xoreoqrafiya Akademiyası binasının tikilməsi, zəruri avadanlıqlarla təchiz edilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan prezidentinə təqdim etməlidir. Nazirlər Kabinetinə isə Bakı Xoreoqrafiya Akademiyasının nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb prezidentə təqdim etmək, sərəncamdan irəli gələn digər məsələlərin həlli ilə məşğul olmaq tapşırılıb.

 

 

Mənbə: Lent.az

1 may 2014
GO BACK