Qadin.NET / Böyük Vətən Müharibəsi əlillərinin avtomobillərlə təmin olunmasına 3,5 milyon manat ayırdı

Böyük Vətən Müharibəsi əlillərinin avtomobillərlə təmin olunmasına 3,5 milyon manat ayırdı

 


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram: 

1. 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan, xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında 2014-cü ilədək növbəyə durmuş şəxslərin dövlət tərəfindən pulsuz verilən xüsusi avtonəqliyyatla tam təmin olunması üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılsın. 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin. 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Mənbə:Milli.Az

 

30 aprel 2014
GO BACK