Qadin.NET / Bu səhvi hər gün dəfələrlə edirik - MƏSLƏHƏT

Bu səhvi hər gün dəfələrlə edirik - MƏSLƏHƏT

 

 

Bu səhvi hər gün dəfələrlə edirik - MƏSLƏHƏT

 

ızanaqların üzün çirkli olmasından yarandığını və üzü tez-tez yumaqla sızanaqları yox etməyin mümkünlüyünü düşünmək səhvdir. Ailəm.az-ın xəbərinə görə, üzü tez -tez yumaq cildi qurudur, dərinin yağ tarazlığını pozur, nəticədə daha çox yağ ifraz olunaraq sızanaqların yaranmasına səbəb olur.

Buna görə sızanaqlara qarşı həssas olan dərilərin gündə iki dəfə yuyulması lazımdır. Dəri səthində olan bakteriya yağ kanallarına daxil olaraq sızanaq yaradır. Üzü daha çox qurcalamaq, sızanaqları sıxmaq və ya digər alətlərlə sızanaqlara toxunmaq bu bakteriyaların yağ kanallarına daxil olmasını asanlaşdırır. Buna görə sızanaqları heç vaxt qurcalamaq olmaz. Təmiz olmayan əllərlə də üzə toxumaq qadağandır. Əgər dəriniz sızanaqlara qarşı həssadırsa, dəri gigiyenası və təmizliyinə diqqət edin.

 

Stress sızanaqlara səbəb olur

 

Stress əsasında vücud hormon ifraz edir. Bu hormonlar da yağ kanallarında yağ istehsalını artırdığı üçün sızanaqların sayı çoxalır. Yağlı cildlər sızanaqlara qarşı daha həssas olduğu üçün bu cür dəriyə sahib insanlarda stress zamanı sızanaqların sayı arta bilər. Bunun qarşısını almaq üçün üzü gündə iki dəfə yumaqla dəri səthində toplanan yağ və ölü hüceyrləri təmizləyə bilərsiniz.  Əsla sızanaqları sıxmayın. Əks təqdirdə dəridə  iltihablaşma ola və üzdə izlər qala bilər.   Mənbə:lent.az

30 aprel 2014
GO BACK