Duzlu qidalar insanın qocalma prosesini tezləşdirir. ANS PRESS-in məlumatına görə, Amerikanı Corciya universitetinin alimləeri bunu təcrübə yolu ilə müəyyən ediblər. Təcrübədə duzun insan orqanizminə təsirini aşkar etmək üçün 14-18 yaş arasında 766 yeniyetmə iştirak edib. Araşdırmanın gedişatında alimlər insan orqanizminin vəziyyətini öyrənib, orqanizmdə telomerlərin uzunluğunu ölçüb.
Telomerlər - xromosomun sonluqlarıdır ki, onlar müdafiə funksiyasını yerinə yetirir. Onların uzunluqları orqanizmin vəziyyətinin göstəricisidir. İldən-ilə orqanizm qocalır və telomerlər qısalır.
Araşdırma zamanı alimlər aşkar edib ki, gün ərzində qida zamanı 5 qramdan artıq duz qəbul edən insanlar artıq çəkidən əziyyət çəkir və onların telomerləri qısalır.
Nəticədə, alimlər bu qənaətə gəlib ki, qocalma prosesini gecikdirmək üçün gündə 5 qramdan çox olmamaq şərtilə duz qəbul etmək lazımdır.
Qeyd edək ki, Amerikanın bəzi şəhərlərində və bəzi Avropa ölkələrindəki yeməkxanalarda stolun üstünə duzqabı qoyulmur. Ancaq müştərinin tələbi olarsa ona duz verilir.
Mənbə: Anspress.com