Qadin.NET / İnternetdə yazılan ən axmaq şərhləri yığıb kitab hazırladılar

İnternetdə yazılan ən axmaq şərhləri yığıb kitab hazırladılar

Britaniyada ən axmaq şərhlərdən ibarət kitab nəşr olunub. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, kitaba "Wow I'm A Genieous, The Stupidest Things Ever Said Online" (Oao.. mən dahiyəm, Onlayn deyilən ən axmaq sözlər) adı verilib. 

Kitabda yer alan şərhlərdən biri belədir: 

Facebook istifadəçisi dostlarından soruşur: 

- Monitoru necə güzgü kimi istifadə etmək olar. 

Şərh: Mən güzgünü skan elədim, ancaq bir şey alınmadı. 

Digər maraqlı şərh isə belədir: 

- Film çəkilişlərində əsl dinozavrlardan istifadə ediblər? 

Şərh: Küçə işıqlandırması kəşf olunana qədər gecə həyatı yaşayan dinozavrlar var idi ki? 

Başqa bir şərh isə belədir: 

Mən fəxr edirəm ki, amerikalıyam. Hansısa xarici vətəndaş deyəndə ki, Amerika dünyanın ən axmaq ölkəsidir, dəli oluram. Boş söhbətlərdir! Məncə dünyanın ən axmaq ölkəsi Avropadır. 

Mənbə:Milli.Az

 

30 aprel 2014
GO BACK