Məşhur alman supermodeli Haydi Klum “Women's Health” jurnalının yeni sayının siması olub.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki,o, müsahibəsində gözəlliyinin sirlərindən danışıb.
Haydi 40 yaşından sonra necə cazibədar bədənə qovuşmasından söz açıb:
“Əlbəttə ki, müəyyən yaşdan sonra bədən quruluşu dəyişir. Elə bilirdim ki, məndə belə olmayacaq. Amma bütün qadınların yaşadıqları mənim də başıma gəldi. Özümü stressə salmadan məşq etməyə başladım. 40 yaşından sonra xanımlar daha çox idmanla məşğul olmalıdır, çünki yalnız bu zaman ideal bədənə qovuşmaq olar”.
Mənbə: Axsam.az