Qadin.NET / Arıqlamağın ən asan yolu. Titrəmək.

Arıqlamağın ən asan yolu. Titrəmək.

 

Arıqlamağın ən asan yolu. Titrəmək.

 

Avstraliya alimləri arıqlamağın yeni üsulunu tapıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalar nəticəsində soyuqda titrəməyin çəki atmağa kömək etdiyi məlum olub.

Sidney Universitetinin alimləri 10 dəqiqə soyuq havada titrəməyin 1 saat idman etməklə eyni qədər kalori itkisinə səbəb olduğunu müəyyənləşdiriblər. Bunun üçün həmin məkanda havanın temperaturunun 15 dərəcədən aşağı olması kifayətdir.

Soyuq hava əzələləri sıxaraq insan orqanizmindəki zərərli yağları əridən hormonun yaranmasına səbəb olur. Bu tapıntı ürək və şəkər xəstəliyinin qarşısının alınmasında rol oynaya bilər.

 

 

 

Mənbə: Axsam.az

1 may 2014
GO BACK