Bakıda bir neçə yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Bu barədə APA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
“Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, Səbail rayonu Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin və Lermontov küçələrində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaqdır.
Mənbə:Milli.Az