Məktəb qarşısında işləyən dönər istehsalçıları heç bir sənəd, reseptura olmadan fəaliyyət göstərib
Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitəsi Lənkəran rayonunda reyd keçirib.
Anspress-in məlumatına görə, reydlər Lənkəranda əhalinin sıx olduğu yerlərdə, eləcə də məktəblərin qarşısında fəaliyyət göstərən dönərxanalarda baş tutub.
Reydlər zamanı məlum olub ki, dönər istehsalçıları heç bir sənəd, reseptura olmadan fəaliyyət göstərir, gigiyenik norma qaydalarına əməl edilmir. Bundan başqa istehsalçılar insan üçün hər an təhlükəli olan qaz balonlarından istifadə edir.
Reydlər zamanı həmçinin müşahidə edilib ki, Azərbaycanda “Halal” termini götürülsə də, Lənkəranda hələ bu addan istifadə edilir.
Lənkəran Ərazi idarəsinin baş məsləhətçisi Xalid Ələkbərli bildirib ki, aşkarlanan nöqsanlarla bağlı dönərxanalara tələbnamə və iradnamələr verilib. Bu kimi hallar yenidən aşkarlanarsa, həmin dönərxanaları 1500 – 2000 manata kimi cərimələr gözləyir.
Qeyd edək ki, bu kimi monitorinqlər cənub bölgəsində bütün dönərxanalarda aparılması nəzərdə tutulur.
Mənbə:Milli.Az