“Nazirlər Kabinetində işçi qrupu yaranıb. “Tibbi sığorta haqqında” Qanun artıq işlək vəziyyətə gətiriləcək”
Milli.Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Musa Quliyev deyib.
“Ölkənin bütün regionlarını əhatə edən, vətəndaşların səhiyyə xərclərini qarşılaya bilən, vətəndaş-səhiyyə arasında maliyyə əlaqəsini yarada biləcək yetkin sığorta şəbəkəsinin olması vacibdir. Düşünürəm ki, pilot layihə gələn ildən tətbiq olunacaq”.
Qeyd edək ki, “Tibbi sığorta haqqında” Qanun 1999-cu il oktyabrın 28-də qəbul olunsa da, hələ də icra olunmur. Aprelin 22-də Prezident “Tibbi sığorta haqqında” Qanunda dəyişikliklərə dair sənədi imzalayıb.
Mənbə:Milli.Az