Qadin.NET / Qəti xəbərdarlıq: ""İnternet Explorer" brauzerindən istifadə etməyin"

Qəti xəbərdarlıq: ""İnternet Explorer" brauzerindən istifadə etməyin"

 

 

ABŞ hökuməti amerikalıları “İnternet Explorer” brauzerindən qəti şəkildə imtina etməyə çağırıb
“Media forum” saytının məlumatına görə, Daxili Təhlükəsizlik Nazirliyinin kibermüdafiə bölümü belə sərt xəbərdarlıq yayıb. Qeyd olunur ki, “İnternet Explorer” brauzerində ciddi nöqsan aşkarlanıb, həmin problem internet istifadəçilərinin kompüter sisteminə müdaxilə imkanı verir, saytlara haker hücumlarını asanlaşdırır.

Brauzerin sahibi “Рњicrosoft” şirkəti “İnternet Explorer”də ciddi problem aşkarlandığını etiraf edib və onun aradan qaldırılması yönündə iş getdiyini açıqlayıb.

Dünyanın internet istifadəçilərinin 55 faizi “İnternet Explorer”in xidmətindən istifadə edir.

Mənbə:Milli.Az

 

1 may 2014
GO BACK