Qadin.NET / Abituriyentlərin diqqətinə: bu gün sondur

Abituriyentlərin diqqətinə: bu gün sondur

 

 

2014-2015-ci tədris ili üçün ali məktəblərə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu bu gün başa çatır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, ali məktəblərə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanında iştirak üçün indiyədək 94 109 abituriyent sənəd verib.

Ərizəsini təsdiqlədənlərin 85 502-si Azərbaycan, 8607-si rus bölməsinin abituriyentləridir.

Abituriyentlərin 34 164-ü I, 22 771-i II, 25 420-si III, 11 754-ü IV ixtisas qrupu üzrə keçiriləcək müsabiqədə iştirak üçün sənəd verib.

Qeyd edək ki, ali və orta ixtisas məktəblərinə sənəd qəbuluna aprelin 1-dən başlanılıb.

Mənbə:Milli.Az

 

30 aprel 2014
GO BACK