Qadin.NET / Uşağınız astma xəstəliyinə tutulubsa...

Uşağınız astma xəstəliyinə tutulubsa...

 

Uşağınız astma xəstəliyinə tutulubsa...

 

 

Uşaqlarda daha çox rast gəlinən allergik xəstəliklərdən biri də astmadır. Astmalı uşaqlar kəskin qoxulardan uzaq olmalı, paltarları ətirli yuyucu tozla yuyulmamalı, həmçinin ev təmizləyərkən (toza qarşı daha həssas olduqları üçün) həmin yerdən kənarlaşdırılmalıdırlar. 
 

Bundan başqa, kif göbələkləri, ev heyvanlarının tükləri və dəri töküntüləri də astma xəstəliyini artıran əsas amillərdəndir. Xəstəlik çox vaxt fasiləsiz öskürək və təngnəfəsliklə müşayiət olunur. Digər tərəfdən, uşaqlarda astma xəstəliyi təkcə ekoloji faktorlardan yox, genetik faktorlardan da asılı olur. İlk iki yaşda ifrat dərəcədə antibiotikdən istifadə etmək də astmanı gücləndirir. Təbii ki, bu siyahıya köklüyü də daxil etmək olar. Astma xəstələrinin ağciyər və bronxları çox həssas olduğu üçün ətir və qoxulara daha tez reaksiya verirlər. Qeyd edək ki, adıçəkilən xəstəlik daha çox allergiyadan törəyir. Belə xəstələrin yanında siqaret çəkmək, kəskin qoxulu ətirdən istifadə etmək məsləhət deyil. Astma müalicə edilə bilən bir xəstəlik olsa da, dərman və peyvəndlə yanaşı, bəzi profilaktik tədbirlərə də əməl etmək lazımdır.

Mənbə:zaman.az

 

30 aprel 2014
GO BACK