Qadin.NET / Həkimlə məsləhətləşmədən idmana başlamayın!

Həkimlə məsləhətləşmədən idmana başlamayın!

 

Həkimlə məsləhətləşmədən idmana başlamayın!

 

Mütəxəssislər bildirirlər ki, hər hansı bir idmana başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır.
 

 Çünki özbaşına edilən idman sağlamlığa deyil, ölümə yol aça bilər; xüsusilə də ürəyi xəstə olanlar və ya qan-damar sistemində problem yaşayanlar bu mövzuda daha diqqətli olmalıdırlar. Çünki idman edərkən əzələlər sıxıldığı və gərildiyi üçün güclü enerjiyə ehtiyac duyulur. Buna görə də enerji üçün əlavə oksigen tələb olunur. Bu isə tənəffüsün sürətlənməsinə, həmçinin əzələlərin zədələnməsinə gətirib çıxarır. Nəticədə, əzələlərə daha çox güc düşdüyü üçün həmin nahiyələrdə temperatur həddindən artıq yüksəlir. Eyni şəkildə ürək əzələlərinin də oksigen ehtiyacı artdığı üçün ürəyin fəaliyyəti sürətlənir, bu isə nəticə olaraq, qan təzyiqinin artmasına səbəb olur.

Ümumilikdə isə, idman beyin hüceyrələri arasındakı əlaqələri gücləndirir, yaddaş və zehni möhkləmləndirir, sümük və oynaqların ərimə ehtimalını azaldır. Bəli, idman sağlamlıq üçün vacib şərtlərdən biridir. Ancaq buna baxmayaraq, yaxşı olar ki, həkimə müraciət etdikdən sonra hansı idman növü ilə məşğul olacağınıza qərar verəsiniz.

Mənbə:zaman.az

 

30 aprel 2014
GO BACK