Huawei şirkəti 4,5 düymlük qHD təsvir ölçülü ekranla təchiz edilmiş Ascend P7 mini smartfonunu nümayiş etdirib.
Aparat 1,2 QHs takt tezlikli dördnüvəli Qualcomm Snapdragon 400 prosessoru, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaş, 305 Adreno qrafikası ilə təchiz edilib, microSD kartları üçün slot var.
Ascend P7 mini cihazı 8 meqapiksellik əsas və 5 meqapiksellik ön kameralar, NFC çipi, Bluetooth, Wi-Fi və GPS/AGPS modulları ilə təchiz edilib, akkumulyator batareyasının tutumu 2000 milliamper/saat təşkil edir. Android 4.3 mobil əməliyyat sistemi quraşdırılıb və aparat LTE şəbəkəsində işləyir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, qurğunun ölçüləri 131,2 × 65,3 × 7,8 mm, çəkisi 115 qr təşkil edir. Smartfon yaxın vaxtlarda satışa çıxarılacaq.
Xatırladaq ki, mayın 7-də Huawei şirkəti Ascend P7 smartfonunun böyük modelini nümayiş etdirəcək. Qurğu 1.8 QHs takt tezlikli dördnüvəli HiSilicon Kirin 910T prosessoru, 5 düymlük Full HD ekran, 2 QB əməli və 16 QB daxili yaddaş, microSD slotu ilə təchiz olunacaq. Smartfonun 13 meqapiksellik əsas və 8 meqapiksellik ön kameraları var. Korpusun qalınlığı 7 mm, akkumulyator batareyasının tutumu 2500
milliamper/saat təşkil edəcək.
Mənbə:Milli.Az