Acer brendinə məxsus fitnes-qolbaq formasında ilk daşınan qurğular cari ilin ortasında ictimaiyyətə təqdim ediləcək.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Tayvanın Acer şirkəti bu yaxınlarda kiçik ekranlı ağıllı qolbaq istehsal edəcək. Qurğu smartfon və ya planşet kimi mobil qurğularla əlaqəli şəkildə işləyəcək.
Artıq Sony və Samsung Electronics kimi şirkətlər də ağıllı saat və qolbaq yarışına qoşulub. Google isə ağıllı eynək seqmentində liderliyi ələ keçirməyə çalışır.
IDC analitik şirkətinin proqnozuna əsasən, 2014-cü ildə daşınan elektronikanın qlobal tədarük həcmi 19 milyonu ötəcək və yaxın bir neçə ildə artım davam edəcək. 2018-ci ildə bu bazarda təxminən 112 milyon daşınan qurğu mövcud olacaq.
Mənbə:Milli.Az