Qadin.NET / 90 faiz onların payına düşür

90 faiz onların payına düşür

Televizor maye-kristal panellər bazarında aparılan son təhlillərə əsasən, Tayvan istehsalçılarının4K Ultra HD bazarında 50 faizlik dünya istehsal payı ilə liderliyi davam edir. Sonrakı yerdə Çin şirkətləri üçün daxili bazarın tələblərinə cavab verən yeni seriyalı 4K panellərin buraxılması sayəsində payı 40 faiz artan Cənubi Koreya şirkətləri qərarlaşıb. Çin istehsalçılarının dünya Ultra HD panellər bazarında payı 10 faiz təşkil edir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Display Search analitiklərinin fikrincə, mütləq lider Tayvanın dünya Ultra HD panellər istehsalının 58 faizinə nail olan AU Optronics və Chi Mei Innolux şirkətləridir. Bu məlumatlar hazırda digər analitik şirkət Digi Times Research tərəfindən də təsdiq edilir. Bu şirkət Tayvan istehsalçılarının dünya Ultra HD panellər istehsalının 50 faizinə sahib olduğunu bildirir.
 
Çinin BOE Technology və China Star Oprtoelectronics (CSOT) istehsalçıları rəqiblərindən xeyli geri qalaraq yaydan etibarən 8K formatında maye-kristal panellərin istehsalına başlamaq niyyətindədirlər.
 Mənbə:Milli.Az

 

29 aprel 2014
GO BACK