Qadin.NET / Qocalıqdan niyə qorxuruq? - MÜZAKİRƏ

Qocalıqdan niyə qorxuruq? - MÜZAKİRƏ

 


Qocalıq həyatımızın acı sonluğudur. El bir zaman gəlir ki, hər dəfə yeni ili qarşılayarkən, insan gələcəyə qorxu ilə baxır. Qocalığın onu nə vaxt haqlayacağını gözləyir. 

Ancaq elə adamlar da var ki, qocalıq onlara mane olmur ki, həyatdan zövq alsınlar. Onlar düşünürlər ki, qocalıq yaşla əlaqədar deyil, düşüncə tərzidir. 

Bəs siz qocalıqdan qorxursunuz? Milli.Az xəbər verir ki, Day.Az saytı Azərbaycan dövlət kamera orkestrinin bədii rəhbəri, xalq artisti Teymur Göyçəyevlə əlaqə saxlayıb. 

"Mən hər zaman cavanam", - maestro dərhal deyib. 

"Qocalıq yalnız fiziki anlamdır. Əgər insanın ruhu gəncdirsə, o qocalmır. Mən qocalığa fəlsəfi cəhətdən yanaşıram. Allahın bizə bəxş etdiyi hər ili qiymətləndirmək lazımdır. Qocalığın da öz gözəllikləri var. Sadəcə olaraq, hər şeyi sakit qəbul etmək lazımdır. Əsas odur ki, əvvəlki kimi yaşamayasan. Mən, ümumiyyətlə, həyata yaxşı yanaşıram", - o əlavə edib.

Mənbə:Milli.Az

 

29 aprel 2014
GO BACK