Qadin.NET / Bir neçə rayonda təbii qaz problemi olacaq

Bir neçə rayonda təbii qaz problemi olacaq

 

 

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, qazpaylayıcı stansiyada baypas xəttinin quraşdırılması və daraldıcı qurğuların əvəzlənməsi ilə əlaqədar bu gün saat 17:00-dək Xaçmaz rayonunun bir hissəsinə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar isə saat 12:00-dək Şabran rayonuna, Bərdə, Xətai və Sabunçu rayonlarının bir hissəsinə, saat 13:00-dan 15:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 15:00-dan 17:00-dək isə Ağdam rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq. 

Mənbə:Milli.Az

 

29 aprel 2014
GO BACK