Qadin.NET / Günün qoroskopu: Münasibətləri gərməyin

Günün qoroskopu: Münasibətləri gərməyin

 

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - Qayğıkeş və diqqətli olsanız, yaxın ətrafınızdakı insanların rəğbətini qazanacaqsınız. Yeni tanışlarla ehtiyatlı olun. Onlar sizdən öz maraqları üçün istifadə etmək istəyirlər.
Günün ikinci yarısında qohumlarla ünsiyyət xoş olacaq. Ailə bağlarını möhkəmləndirin. Yaxınlarınızla söhbətdə fikir ayrılıqları yaransa belə, situasiyanı nəzarətdə saxlayın, mübahisənin yaranmasına imkan verməyin.
Axşam saatları səfər, səyahət, şəraitin dəyişdirilməsi üçün əlverişlidir. Yeni təəssüratlar pis deyil.
 
Buğa - Önəmli işgüzar məsələlərin müzakirəsi üçün yaxşı zaman deyil. Həmkarlar və ya tərəfdaşlarla qeyri-formal şəraitdə görüşsəniz belə, peşəkar fəaliyyətlə bağlı mövzuları gündəmə gətirməyin. Vaxtında susmağı, iradlar və tələblərlə çıxış etməməyi bacarın. Həssas, sərvaxt olun.
Günün ikinci yarısında başqalarının hisslərini anlamağa, duymağa çalışın. Bədxahlarınız sizə zərbə vurmaq üçün yeni vasitələrdən yararlanmağa can atacaqlar. Axşam saatlarında başlayacaq yeni münasibətlər harmonik olacaq.
 
Əkizlər - İntuisiyanızı dinləsəniz, ciddi irəliləyişə nail ola bilərsiniz. Yaxın ətrafınızdakı insanlar sizi dilə tutaraq planlarınızda dəyişikliklərə nail olmağa çalışacaqlar. Nəzərdə tutduğunuz işləri ertələməyin. Mövqeyinizdən geri çəkilməyin, iradəli olun. Belədə uğura nail ola bilərsiniz.
Hədiyyələr, xoş sürprizlər istisna deyil.
Günün ikinci yarısında yeni ideyalar yaranacaq. Onların hansının sərfəli, hansının isə mənasız olduğunu müəyyənləşdirin. Praktik davranın, illüziyalara qapılmayın. Bu gün arzulamaq əvəzinə çalışmaq gərəkdir. Yaşlı insanlarla dil tapmağa çalışın. Yaşıdlarla təmaslarda sərvaxt olun.
 
Xərçəng - Ünsiyyətdə ciddi problemlər yarana bilər. Yalnız özünüzə qulaq asıb özünüzü kafi saymayın. Ətrafınızdakı insanları dinləyin və konstruktiv dialoqa nail olun. Mühüm işlərlə təkbaşına məşğul olun. Kimsədən yardım və ya mənəvi dəstək gözləməyin.
Sənədləşdirmə, hesablamalar, diqqət tələb edən başqa işləri tək görmək lazımdır. Əks təqdirdə başınızı qatacaq, diqqətinizi yayındıracaqlar.
Günün ikinci yarısında maliyyə məsələlərini nəzarətdə saxlayın. Avantüralara qatılmayın, şübhəli sövdələşmənin iştirakçısı olmayın. Zərurətinə tam əmin olduğunuz əşyalar almaqla alış-verişi bitirin.
 
Şir - Sakit gündür. Ciddi problemlər və emosional çalxantılar olmayacaq. Hətta darıxdırıcı işdən usana da bilərsiniz. Amma çalışıb maraqlı məşğuliyyət tapın. Kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, yaxşı pul qazana bilərsiniz.
Karyera müstəvisində irəliləmək istəyirsinizsə, tapşırıq və sifarişləri vaxtında yerinə yetirin. Problemin orijinal həllini tapsanız, nüfuzlu, hadisələrə təsir imkanlarına malik insandan dəstək alacaqsınız.
Günün ikinci yarısında emosional fon yaxşıdır. Maraqlandığınız insanla normal münasibətlər qurun. Alış-verişə çıxa bilərsiniz. Yaxınlarınıza hədiyyə almağı unutmayın.
Qız - Genişmiqyaslı, mühüm işə başlamaq olar. Yaşamınızda köklü dəyişikliklərə rəvac verəcək planı ertələmyin. Qətiyyətli, iradəli, ən başlıcası isə məntiqli olun. Yanlış yolda və ya istiqamətdə olduğunuzu anlayan kimi dayanmağı bacarın. Qüvvənizi hədər sərf etməyin.
Günün ikinci yarısı mühüm məsələlərin müzakirəsi, mövqe və fikirlərinə dəyər verdiyiniz insanlarla görüş üçün münasibdir. Alış-veriş edə, maliyyə problemlərini həll edə bilərsiniz.
Pulu məntiqli şəkildə sərf edin.
Tərəzi - Tələsik qərarlar qəbul etməyin. Tam düşünülməmiş və hazırlanmamış ideyaları reallaşdırmağa dəyməz. Mövcud situasiya ilə bağlı yetərincə informasiya yoxdur. İllüziyaların əsiri olmayın. Bədxahlar və rəqiblər sizə yalan məlumat verə bilərlər.
Etibar etdiyiniz insanların dediklərinə qulaq asın. Yahşı qohumların sözlərini qulaqardına vurmayın.
Axşam saatlarında mühüm görüşə yollanmalı olacaqsınızsa, zahiri görkəminizin ekstravaqant olmamasına çalışın. Geyimdə klassik, hətta bir qədər mühafizəkar stilə üstünlük verin.
 
Əqrəb - Günün ilk yarısına nə planlaşdırmağınızdan asılı olmayaraq bütün işləri təkbaşına görməyə hazırlaşın. Söz yox, həmfikir və ya müttəfiq tapa bilərsiniz. Amma aktiv olun, əsas işləri gözünüz görün. Enerjili, sürətli olun. Arxada qalanları gözləməyin.
Günün ikinci yarısında köhnə dostla qəfil görüş ola bilər. Xoş sürprizlə qarşılaşacaqsınız.
Axşam saatları məlumat mübadiləsi və yaxın gələcəklə bağlı planların müzakirəsi üçün əlverişlidir. Alış-verişdə bədxərclik etməyin.
 
Oxatan - Gün uğurlu başlanmayacaq. Ailə və məişət qayğılarının sayı artır. Yaxınlarınızla ünsiyyətdə problemlər yaranır. Narahat olmayın. Bir neçə saatdan sonra situasiyanı tam nəzarətə götürün. Yol verilmiş səhvlərin fəsadlarını aradan qaldırın. Son vaxtlar sizi narahat edən suallara cavab tapın.
Günün ikinci yarısında bəzi proseslərə maraq artacaq. Yeni tanışlıqlar olacaq. Amma onların heç biri ciddi münasibətlərin təməli olmayacaq.
 
Oğlaq - Yaşam enerjiniz çoxdur. Nikbin olun, qayğıkeş davranın. Ətrafınızdakı insanların sizə marağı böyükdür. Yeni tanışlıqlar, dost və romantik münasibətlərin təməlini qoymaq üçün yaxşı zamandır.
Münasibətlər harmonik olacaq, sizi sevindirəcək.
Günün ikinci yarısında mürəkkəb və ağır təsir bağışlayan işə başlaya bilərsiniz. Uğur əldə edəcəksiniz. Axşam saatlarında travma riski var. Fiziki işdə, səfərdə, sükan arxasında ehtiyatlı olun.
 
Dolça - Çətin, qarışıq gündür. Emosional fon stabil deyil. Pis əhval-ruhiyyənizin əsiri olmayın. Səhvləri sıralamayın, düşünülməmiş addımlar atıb qərarlar verməyin. Müdrik və ehtiyatlı olmağa çalışın. Daha təcrübəli insanların dediklərinə qulaq asın. Dürüst taktikanı müəyyənləşdirməyə çalışın.
Günün ikinci yarısında kiçik problemlər, məişət qayğıları istisna deyil. Çətinliklərlə üzləşəndə yardım yaxınlarınıza və ya dostlarınıza müraciət edə bilərsiniz. Situasiyanın öhdəsindən müstəqil şəkildə gəlməyə çalışın. Çox səy göstərməli olacaqsınız.
 
Balıqlar - Maraqlı işlər, yaradıcılıq potensialınızı tam aşkarlamağa imkan verən sifariş, tapşırıq və ya layihə olacaq. Maraqlarınızı bölüşən insanla qarşılaşacaqsınız. Yeni tanışlarla diqqətli olun, səmimi davranın.
Günün ikinci yarısı yeni bilik, məlumat və təcrübənin əldə olunması üçün əlverişlidir. Ən çətin informasiyadan da asanlıqla yararlana bilərsiniz. Yaşlı qohumlarla kiçik fikir ayrılıqları, pul üstündə mübahisə ola bilər. Münasibətləri gərməyin.
Mənbə:Milli.Az

 

29 aprel 2014
GO BACK