Qadin.NET / Noutbuklara tələbat niyə azalır?

Noutbuklara tələbat niyə azalır?

 


Digitimes Research şirkətinin apardığı hesablamalara əsasən, 2014-cü ilin birinci rübündə noutbukların qlobal tədarük həcmi 2013-cü ilin son rübü ilə müqayisədə 14,2 faiz azalıb. İllik hesablamada da azalma qeydə alınıb: ötən ilin birinci rübünə nisbətdə tədarük həcmi 5,5 faiz aşağı düşüb.

 
Milli.Az ICTnews-a istinadən bildirir ki, analitik şirkət portativ kompüterlərin satışı üzrə konkret rəqəmlər göstərməsə də, satış tempinin azalmasının ötən rüblərlə müqayisədə bir qədər zəifləməsini vurğulayır.
 
Bildirilir ki, 2014-cü ilin birinci rübünün yekunları üzrə Hewlett-Packard, ASUS, Apple və Lenovo şirkətləri illik hesablamada tədarükü artırıb. Sadalanan ilk üç şirkətin tədarük həcmini 10 faiz artırması xüsusilə vurğulanır.
 
Eyni zamanda, Acer, Samsung Electronics və Sony şirkətləri satışın bazarın orta göstəricisindən yuxarı olan azalması ilə üzləşib. Analitiklər bunu əsasən Acerin biznes strukturunun yenidən qurulması, Samsung və Sonynin diqqəti başqa məhsullara yönəltməsi ilə izah edirlər.
 
Mənbə:Milli.Az

 

29 aprel 2014
GO BACK