Qadin.NET / Bakının bir hissəsində su olmayacaq

Bakının bir hissəsində su olmayacaq

 


“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən  Milli.Az-a verilən məlumata görə, Bakı şəhəri Xətai rayonu Gəncə prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində yeni çəkilmiş 315 mm diametrli su xəttinin şəbəkəyə qoşulması işlərinin aparılması ilə əlaqədar “+110 Şərq” su anbarının 500 mm diametrli V-2 çıxış xətti bağlanılacaqdır. Bununla əlaqədar 29 aprel 2014-cü il tarixdə Babək və Gəncə prospektlərinə, S.Ə.Şirvani, M.Hadi, Neapol küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

Mənbə:Milli.Az

 

29 aprel 2014
GO BACK