Bu gün görkəmli oftolmoloq akademik Zərifə Əliyevanın anadan olmasının 91-ci il dönümüdür. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, bu münasibətlə Gəncədə şəhər Səhiyyə İdarəsində tibb işçilərinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Mehman Rzayevilk olaraq akademik Zərifə Əliyevanın keçdiyi şərəfli ömür yolundan geniş bəhs edib. Daha sonra onun oftolmologiya sahəsində gördüyü işlərdən və bu sahəyə verdiyi töfhələrdən söz açıb. Çıxışda, həmçinin o da qeyd edilib ki, bu gün Azərbaycanda oftolmologiya sahəsində istənilən uğur məhz Zərifə xanımın adı ilə bağlıdır.
Mənbə:Milli.Az