Qadin.NET / Qazlı içkilər təhlükə yaradır.

Qazlı içkilər təhlükə yaradır.

 

 

Amerikalı alimlər qazlı içkilərin insan səhhətinə edə biləcəyi təsir haqda danışıb

Axşam.az-ın məlumatına görə, Amerikanın ''Live Science'' dərgisində yer alan məqalədə süni qatqıların əlavə edildiyi qazlı içkilər və qəhvə içən 50-80 yaş arası 250 min adamın üzərində 10 il müddətində aparılan araşdırmaların nəticələri açıqlanıb.

Araşdırmaların nəticələrinə görə, gündə 4 stəkan qəhvə qəbul edən şəxslərdə digərləri ilə müqayisədə depressiya riski yüzdə on faiz azdı. Gün ərzində 4 şüşə qazlı və ya tərkibində müəyyən qatqılar olan içki qəbul edən şəxslərdə isə depressiyaya düşmək riski yüksəkdir.

Hər gün bir şüşə qazlı və ya müəyyən qatqılı içki qəbul edən kişilərdə prostat vəzi xərçənginin yaranma riski yüksəkdir. İsveçdə bu istiqamətdə araşdırma aparan Izabel Drake şəkərli və qazlı içki qəbul edənlərdə digərləri ilə müqayisədə  prostat vəzi xərçənginin yaranma riskinin 40 faiz artıq olduğunu sübut edib. İsveçin Malmö şəhərində  45-73 yaşlarda olan  8 mindən artıq kişinin üzərində aparılan 15 illik araşdırmanın nəticələrində də qazlı içki qəbul edənlərdə prostat vəzi xərçənginin yaranma riskinin yüksək olması qeyd olunur.

 

 

Mənbə: Axsam.az

29 aprel 2014
GO BACK