Yaponiyanın Toyota şirkəti öz avtomobillərində mobil telefonların simsiz enerji ilə doldurulması texnologiyasının tətbiqinə davam edir. Belə ki, 2015-ci ilin yayında yeni Camry modelində bu funksiya işə salınacaq.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Camry avtomobilində cihazın simsiz enerji ilə doldurulacağı haqda istehsalçı öz Twitter mikrobloqunda yazıb. Wireless Power Consortium konsorsiumu tərəfindən yaradılmış Qi protokolu əsas standart kimi seçilib. Konsorsium 100 müxtəlif şirkətdən ibarətdir.
Qeyd edək ki, LG Nexus 4 və Nexus 5, Lumia 920, 928 və 930 smartfonlarında simsiz enerji doldurma texnologiyası dəstəklənir
Mənbə:Milli.Az