Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi sürücülərdən nəqliyyat vasitələrinizi müvafiq icazəsi olan və avtonəqliyyat vasitələrinin dayanacaqları üçün müəyyən edilmiş yerlərdə saxlamanızı xahiş edir.
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, bununla bağlı İdarə sürücülərə müraciət ünvanlayıb.
Müraciətdə sürücülərin nəzərinə çatdırılıq ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 16 aprel 2014-cü il tarixli, 179 saylı "Bakı şəhərində avtodayanacaqların təşkili haqqında" müvafiq sərəncamına uyğun olaraq, şəhərin küçə və prospektlərində, park və xiyabanların, metro çıxışlarının ətrafında, səkilərdə fiziki şəxslər, həmçinin heç bir hüquqi əsası olmadan dövlət strukturları, idarə, təşkilat, müəssisə və ticarət obyektlərinin sahibləri tərəfindən qeyri-qanuni yaradılmış duracaqlar ləğv ediləcəkdir: "Qeyd olunanları nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi sizdən nəqliyyat vasitələrinizi müvafiq icazəsi olan və avtonəqliyyat vasitələrinin dayanacaqları üçün müəyyən edilmiş yerlərdə saxlamanızı xahiş edir. Əsk təqdirdə sizə İnzibati Xətalar Məcəlləlsinin 158-1-ci maddəsinin (Dayanma, durma və parklanma qaydalarının pozulması) tələblərini pozduğunuz üçün inzibati xəta protokolu tərtib ediləcək, avtomoliniz cərimə meydançasına aparılacaq".
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Bakının küçə və prospektlərindəki qanunsuz parklanma məsələsi ilə bağlı iradını bildirib. Dövlət başçısının iradından sonra aprelin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 16-da paytaxtın küçə və prospektlərində yol kənarında avtomobillərin qanunsuz saxlanılmasına qarşı tədbirlər görülməsi barədə sərəncam imzalayıb.