Qadin.NET / Sevilən iş və sərfəli iş - MÜZAKİRƏ

Sevilən iş və sərfəli iş - MÜZAKİRƏ

Uğurun ilk addımı doğru seçilmiş ixtisasdır. İş sevimlidirsə, iş günləri sizə tək maliyyə baxımdan deyil, həm də mənəvi baxımdan sərfəli olacaq. Sevdiyin işlə məşğul olanda yorğunluq da xoş olur. 

Ancaq həmişə arzularımız həyatın reallıqları ilə üst-üstə düşmür. Əgər insan ona maraqlı olmayan işlə məşğul olursa, işini heç vaxt sevə bilməz. 

Bəziləri əmindirlər ki, işdə önəmli olan əmək haqqıdır, digərləri isə işin ürəyə yatan olmasını arzulayırlar. 

Kim haqlıdır? İş həm sevilən, həm də sərfəli olmalıdır? 

Milli.Az xəbər verir ki, Day.Az saytının bu suallarına xalq artisti Amaliya Pənahova cavab verib. 

"Məncə, iş, hər şeydən əvvəl sevilən və zövqlü olmalıdır. Əgər insan sevdiyi işlə məşğul olursa, həyatında da hər şey qaydasında olur. Hər şeydə fayda axtarmaq lazım deyil. Əlbəttə, istisna etmək olmaz ki, gözəl yaşamaq üçün yaxşı qazanmaq da lazımdır. Ancaq hər şeyi bir araya salmaq da gərəkir. Biz aktyorların qazancı çox deyil, ancaq biz yenə də öz işimizi atmırıq. Çünki bu iş bizə zövq verir. Səhnə bizim həyatımızdır. Biz, onsuz, yaşaya bilmərik", - A.Pənahova vurğulayıb. 

Bəs siz bu barədə nə düşünürsünüz, əziz oxucular? 

Mənbə:Milli.Az

 

28 aprel 2014
GO BACK