Qadin.NET / Dəhşətli xəstəlik geri döndü: 50 ölü

Dəhşətli xəstəlik geri döndü: 50 ölü

 

Dünyanın ən təhlükəli xəstəliklərindən sayılan və "donuz qripi" kimi tanınan H1N1 virusunun səngidiyi, hətta təhlükənin minimal həddə çatdığı deyilirdi.
Lakin xəstəlik Taylandda yenidən tüğyan edir.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, Taylandın İctimai Səhiyyə Xidmətinin baş katibi Narong Sahamethapatın dediyinə görə, ölkədə 30024 nəfərin H1N1 virusuna yoluxduğu güman edilir.
"Donuz qripi"ndən ölənlərin sayı isə artıq 50 nəfərə çatıb.
Taylandda ötən il "donuz qripi"ndən ölən olmamışdı.
"Araşdırmalar göstərir ki, digər viruslarla müqayisədə "donuz qripi" çox güclüdür. Taylandda əhalinin tam əksəriyyətinin immun sistemi bu xəstəliyə dayanıqlı deyil. Görülən tədbirlər nəticəsində "donuz qripi"nə yoluxan xəstələrin sayı azalsa da, mübarizə davam etməlidir. Ölkədəki bütün dövlət və özəl səhiyyə müəssisələri gərəkli tədbirləri görməlidir", - Narong Sahamethapat deyib.
Taylandla yanaşı, Myanma, Laos, Vyetnam, Banqladeşdə də H1N1 virusuna yoluxanların sayının sürətlə artmağa başladığı vurğulanır.
Mənbə:Milli.Az

 

28 aprel 2014
GO BACK