Qadin.NET / Bakı bulvarı ancaq varlılar üçündür?

Bakı bulvarı ancaq varlılar üçündür?

 

Bakının Dənizkənarı Milli Parkında attraksionlar kimi sevindirir: sakinləri, yoxsa həmin attraksion sahiblərini?

“Media forum” saytının məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramovbu barədə danışıb. O deyib ki, yeni qurulmuş attraksion-panoramadan istifadə adambaşına 5 manatdır: 

“İkiuşaqlı ailə ayda cəmi iki dəfə yalnız bu xidmətdən istifadə etsə, 40 manatından keçməli olar. Bu isə o deməkdir ki, dənizkənarı bulvarda, sadəcə, bir xidmətdən istifadə üçün minimum əməkhaqqının 38, orta aylıq əməkhaqqının isə 10 faizini xərcləmək lazımdır”.

Ekspert qeyd edib ki, dənizkənarı bulvarda qiymətlərin süni şəkildə şişirdilməsi hətta orta təbəqə nümayəndəsi olan ailələrin də bulvardan səmərəli istifadəsinə imkan yaratmır: “Bakının dənizkənarı bulvarında qiymətlər Batumi bulvarı ilə müqayisədə 3.5, İstanbulun əsas parkı ilə müqayisədə 2 dəfə bahadır. Bir uşağın bulvardakı əyləncə xidmətindən istifadəsi xərci ölkə üzrə minimum əməkhaqqının 16 faizi qədərdir. Bulvardakı qiymətlər paytaxtın əksər əraziləri ilə müqayisədə ən azı 2 dəfə bahadır. Ancaq ölkənin əsas milli parkında xidmətlər yalnız varlılar üçün deyil, bütün vətəndaşlar üçün əlçatan olmalıdır.

Bakı bulvarındakı qiymətlər nəinki qonşu ölkələrlə, hətta Avropanın əksər dövlətləri ilə də müqayisəyə gəlmir. Minimum əməkhaqqının 105, orta əməkhaqqının 430 manat olan ölkədə 3 dəqiqəlik uşaq əyləncə xidmətlərinin 2-4 manat arasında dəyişməsinin heç bir iqtisadi izahatı yoxdur. 

Milli Parkın formalaşdırılması fəlsəfəsinə uyğun olaraq orada qiymətlərin tənzimlənməsinə və maya dəyəri ilə uzlaşmayan süni qiymətlərə qarşı mübarizə aparmaqla xidmətlərin vətəndaşlar üçün əlçatan hala gətirilməsinə ehtiyac var”.

Mənbə:Milli.Az

 

28 aprel 2014
GO BACK