Qadin.NET / Aramsız yağışlar daşqınlara səbəb oldu

Aramsız yağışlar daşqınlara səbəb oldu

 

Aramsız yağışlar daşqınlara səbəb oldu

 

 

Serbiyanın qərb hissəsində aramsız yağan yağışlar daşqınlara səbəb olub. Əsasən, paytaxt Belqrad və ətraf rayonlar daşqınlardan əziyyət çəkib. Rəsmilərin məlumatına görə, daşqınlar ölkəyə milyonlarla dollar dəyərində ziyan vurub.

Təbii fəlakətlə əlaqədar şəhərdə həyat iflic vəziyyətə düşüb. Bəzi bölgələrdə nəqliyyatın hərəkəti tamamilə məhdudlaşıb. Körpülər və yollara ziyan dəyib. Çoxlu sayda ev və təsərrüfat sahələri suların altında qalıb. Bəzi yerlədə elektrik şəbəkələri sıradan çıxıb. 

Rəsmilər daşqınlar nəticəsində insan itkisi olmadığı məruzə ediblər. Bununla belə, təhlükəli bölgələrdən 4 minə yaxın yerli sakin təxliyə edilib.

Daşqınlar, eyni zamanda, digər şəhər və rayonlarda da fəsadlar törədib. Məlumata görə, Ujıçe şəhərində torpaq sürüşməsi baş verib. Nəticədə bir neçə ev dağılıb. Lakin xoşbəxtlikdən insan itkisi olmayıb.

Mənbə:ans press

 

28 aprel 2014
GO BACK