Qətərdə təşkil edilən xeyriyyə aksiyası Ginnesin rekordlar kitabına düşməyə müvəffəq olub.
ANS PRESS-in xəbərinə görə, Qətər xeyriyyə dərnəyi 24 saat içində yardım məqsədilə toplanan 29 ton paltarla Ginnesin rekordlar kitabına düşüb.
Qətər xeyriyyə dərnəyi tərəfindən Aspira bölgəsində ötən gün saat 17:00-da təşkil edilən aksiya 14 ton paltar toplama niyətilə başlanılıb. Nəticə isə gözləniləndən daha yüksək olub. Belə ki, yardım məqsədilə keçirilən aksiyada 24 saat ərzində iki qat daha artıq paltar toplanılıb.
Dərnəyin topladığı bu 875 çuval paltar, Mərkəzi Afrika Respublikasına, Yəmənə və Filippinə ehtiyacı olanlar üçün göndəriləcək.
Qətər xeyriyyə dərnəyi nümayəndəsi yardımların göndəriləcəyi ölkələri Asiya, Afrika və Ərəb ölkələrindən seçərək hər kəsin xeyriyyə kampaniyasında iştirak etməsini qarşılarına məqsəd qoyduqlarını söyləyib.
Qırılan rekordla yanaşı Qətərin Ginnessin rekordlar kitabında "dünyanın ən böyük bayrağı", "ən böyük futbol topu", "ən böyük Monopoli oyunu", "ən böyük tennis raketkası" və "ən böyük köynəyi" kimi rekordları var.
Qeyd edək ki, bundan əvvəlki xeyriyyə məqsədilə paltar toplama rekordu 12,5 tonla Vyetnama aid idi.