Qadin.NET / Baş ağrılarına səbəb olan amillər.

Baş ağrılarına səbəb olan amillər.

 

Baş ağrılarına səbəb olan amillər.

 

Baş ağrılarının yaranmasının 80 faizi əsəb gərginliyi ilə bağlıdır.

Axşam.az-ın məlumatına görə, mütəxəssislər baş ağrılarının yaranmasının digər səbəblərini isə bununla əlaqələndirib:

Bədənin uzun müddət susuz qalması baş ağrılarına səbəb olur. Körpə uşaqlarda da susuzluqla əlaqədar baş ağrıları yaranır.

Kompüterin ekranına uzun müddət baxmaq bu cür ağrıların yaranmasına səbəb olan amillərdən biri hesab edilir. Buna görə mütəxəssislər kompüter üçün qoruyucu ekran almağı tövsiyə edir.  Ekran qarşısında olarkən gözlərinizə dinclik verməyi də unutmayın.

Yuxusuzluq, parlaq işıqlar, pis hətta sevdiyiniz qoxular belə baş ağrılarının yaranmasına səbəb verir.

 

 

 

 

Mənbə:Axsam.az

28 aprel 2014
GO BACK