2014-cü ilin birinci rübündə Amazon internet riteylerinin mənfəəti 32% artaraq 108 milyon dollar olub.
Milli.Az ICTnews-a istinadən bildirir ki, hesabat dövründə əməliyyat mənfəəti ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 19% azalaraq 146 milyon təşkil edib. Şirkətin satış həcmi 23% artaraq 19,74 milyard dollara çatıb.
Amazon.com – internet üzərindən məhsul və xidmətlər satan təşkilatlar arasında dövriyyəsinə görə dünyanın ən böyük şirkətdir. Amazon şirkətinin Braziliya, Kanada, Böyük Britaniya, Almaniya, Yaponiyada filialları var, həmçinin dünyanın 61 ölkəsinə məhsul tədarük edir.
Mənbə:Milli.Az