Qadin.NET / Sabah Bakıda hava yağmursuz olacaq

Sabah Bakıda hava yağmursuz olacaq

 

Sabah Bakıda hava yağmursuz olacaq

 

Həftənin ilk iş günü Azərbaycan ərazisində hava əsasən yağmursuz keçəcək, temperatur nisbətən yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan ANS PRESS-ə bildiriblər ki, aprelin 28-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində hava əsasən yağmursuz olacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 10-12, gündüz 19-21 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 7-12, gündüz 10-25, dağlarda gecə 4-8, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Mənbə:ans press

 

28 aprel 2014
GO BACK