Qadin.NET / Üzümlə üzü...

Üzümlə üzü...

 


Milli.Az "Zaman Azərbaycan"a istinadən bildirir ki, güclü antioksidant mənbəyi olan üzüm saç və dəri üçün əvəzsizdir.

 
Üzümlə hazırlanan müalicəvi tərkiblər belədir:
 
Saçlarınızın daha canlı və möhkəm olması üçün 2 xörək qaşığı zeytun yağı, 1 çay qaşığı üzüm çəyirdəyinin yağı, 1 ədəd yumurtanın sarısını qarışdırıb saç diblərinizə tətbiq edin. Yarım saatdan sonra saçlarınızı yuyun. Bu tərkibi 15 gündən bir tətbiq edə bilərsiniz.
 
Üzümün qabığını soyun, kasada çəngəlin köməyi ilə əzib püre şəklinə salın. Sonra suyunu süzüb çöküntüsünü dərinizə çəkin. 20 dəqiqədən sonra yuyun. Üzüm dərini ölü hüceyrələrdən təmizlədiyi üçün gənc görünəcəksiniz.
 
Üzümün çəyirdəyi yaşlanmanın qarşısını alır, dəriyə elastiklik verir, dərini xərçəng xəstəliyindən qoruyur, qan dövranını nizamlayır. Üzümdə və çəyirdəyinin yağında olan “polifenollar” dərini qüvvətləndirərək qidalandırır. Üzüm C vitaminindən 20, E vitaminindən isə 50 qat daha güclü bir antioksidantdır.
 Mənbə:Milli.Az

 

27 aprel 2014
GO BACK