Qadin.NET / Samsung Android-dən imtina edəcək?

Samsung Android-dən imtina edəcək?

 


The Korea Times nəşri yazır ki, Samsung şirkəti tədricən Android platformasından imtina edərək öz Tizen əməliyyat sisteminə keçməyi planlaşdırır. Bu haqda Samsung Electronicsin prezidenti Xon Von Pio deyib.

 
Milli.Az ICTnews-a istinadən bildirir ki, elektron xəbər xidməti lookatme.ru saytına istinadən bildirir ki, onun sözlərinə görə, Samsung şirkəti Tizen platforması ilə işləyən qurğuların istehsalına mümkün qədər tez başlayacaq. Nəticədə Cənubi Koreya şirkəti öz ekosistemini formalaşdıracaq. Nəşrin eksperti hesab edir ki, bu tədbir şirkəti Googledan sonrakı dövrə hazırlayır. The Korea Times nəşri dəqiqləşdirir ki, Tizen platforması Linux əməliyyat sistemi əsasında işləyəcək.
 
Tizen Linux əsasında işləyən əməliyyat sistemidir. Smartfon, planşet və avtomobil kompüterlərində quraşdırılmaq üçün nəzərdə tutulub. Linux Foundation çərçivəsində Samsung, Intel və başqa şirkətlərin birgə layihəsidir.
Mənbə:Milli.Az

 

27 aprel 2014
GO BACK