Qadin.NET / Qripdən qorunmaq üçün MƏSLƏHƏTLƏR

Qripdən qorunmaq üçün MƏSLƏHƏTLƏR

 


Əgər siz də halsızlıq, əzələ ağrıları, təngnəfəslik, boğazda ağrılar hiss edirsinizsə, demək, qripin ilk simptomlarını yaşayırsınız.

 
Milli.Az "Zaman Azərbaycan"a istinadən bildirir ki, Türkiyənin məşhur həkimi dosent Seyhan Alkan qrip və soyuqdəymədən qorunmanın yollarını açıqlayıb. Sizə həmin məsləhətlərin bəzilərini təqdim edirik.
  
1. Əlləri tez-tez yumaq viruslardan qorunmağın ən yaxşı yoludur. Qrip virusları gündəlik əşyalar üzərində saatlarca hətta günlərcə yaşaya bilir. Gün ərzində istər işdə, istər evdə xəstə insanlarla əl ilə salamlaşdıqda, onların istifadə etdiyi əşyalara toxunduqda dərhal əllərinizi yuyun.
 
2. Bolluca vitamin qəbul edin. Vitaminlər dedikdə fərqli rənglərdəki həblər nəzərdə tutulmamalıdır. Bunların yerinə tünd yaşıl, qırmızı və sarı rəngli meyvə, tərəvəzlərin yeyilməsi daha məqsədəuyğundur. Süfrənizdən kökü, pomidoru, kivini, göyərtini heç vaxt əksik etməyin.
 
3. Proteinlə zəngin olan toyuq şorbası həm halsızlığı azaldır, həm də burun və boğazdakı narahatlıqları aradan qaldırır.
 
4. Hər gün bir kasa qatıq yeyin. Tibbi araşdırmalar nəticəsində qatığın soyuqdəyməni 25% azaltdığı öz isbatını tapıb.
 
5. Siqaret çəkmək, içki içmək kimi bir çox zərərli vərdişlər insanın immunitetini zəiflədir. Məhz bu səbəbdən tütün məmulatlarından istifadə edənlər və alkoqollu içki içənlər daha tez-tez qripə yoluxurlar.
 
6. Gündə ən az 8 stəkan su için. Xüsusilə xəstələndə ilıq su, zəncəfil, bal, limon, darçın, cökə çayı kimi içkilərdən istifadə edin. Süd və süddən hazırlanan içkilər insan bədənindəki ifrazatları tündləşdirdiyi üçün qripə yoluxduğunuz zamanlar bu cür məhsullardan istifadə etməyin.
 
7. İdmanla məşğul olun. Gündəlik idman bədənin temperaturunu yüksəldir, tərləmə nəticəsində orqanizmdəki mayelər yenilənir və toksinlər atılır.
Mənbə:Milli.Az

 

27 aprel 2014
GO BACK