Qadin.NET / Sürüşmə zonasında yol tikintisi başa çatır

Sürüşmə zonasında yol tikintisi başa çatır

Sürüşmə zonasında yol tikintisi başa çatır

 

Şəkinin bir qrup sakinlərinin də yol problemi var idi. Niyə var idi? Çünki, artıq haqqında danışdığım yolun tikintisi sona çatır. Bu yolun problemi isə torpaq sürüşməsi idi. Tikintisi zamanı çətinlik olsa da, Şəkidəki mütəxəssislər əvvəl problemi aradan qaldırıb, ondan sonra işin öhdəsindən gələ biliblər.

Şəkinin Mirzə Fətəli Axundov prospektinin şərq hissəsində baş verən torpaq sürüşməsi nəticəsində bir neçə ildir yararsız vəziyyətə düşən yolun tikintisi artıq başa çatmaq üzrədir.

Qeyd edək ki, iki il əvvəl həmin ərazidə baş verən torpaq sürüşməsi nəticəsində yol tamamilə yararsız hala düşməklə bərabər, ərazidə yerləşən evlər üçün də təhlükəli vəziyyət yaranmışdı. Sürüşən torpaq kütləsi ərazinin aşağı hissəsində olan evlərin dam örtüyü səviyyəsinə qədər qalxmışdı.

Yaranan təhlükəli vəziyyətlə əlaqədar Şəki İcra Hakimiyyətinin sifarişilə 2013-cü ilin iyun ayında ərazidə istinad divarlarının tikilməsi və yolun salınmasına başlanılıb.

Sahə rəisi Akif Əliyev sözlərinə görə, ərazidə iki istinad divarı tikilir ki, yaşayış evlərindən 6 metr kənarda yerləşməklə 100 metr uzunluğundadır: “Bünövrədə 1.20-2 və ümumi hündürlük yerüstü səviyyədə 4.5 metrdir. İkinci istinad divarı 6 və 9 metr olmaqla, birinci istinad divarından məsafədə yerləşir, onun da ölçüləri bünövrədə 2 metr dərinlikdə, yerüstü səviyyəsi 4 metr hündürlüyündədir və uzunluğu 98 metrdir”. 

Aparılan işlərin dövlət tərəfindən maliyyələşdirildiyini deyən, iş icraçısı tikilən iki istinad divarı arasında salınan yeni yolun inşasının da başa çatdığını bildirdi. 

Ərazidə atmosfer çöküntülərinin axıdılması üçün kanallar layihələndirilib, qurunt sularının ərazidən kənarlaşdırılması üçün drenaj sistemlər bünövrə üstü, divar altı sistemlər yerləşdirilib.Yol planlaşdırılır, iki istinad divarı arasında örtük asfaltdır. Yolun girişdə eni 6 metr, çıxışda 9 metrdir. 

Artıq işlərin 95 faizi görüldüyünü deyən Akif Əliyev, əlverişsiz hava şəraitinə görə yolun tikintisini nəzərdə tutulan vaxtda başa çatdırmağın mümkün olmadığını dedi. 

Hazırda son betonlama və üzləmə işləri görüldüyünü bildirən iş icraçısı 10 gün müddətinə tikintinin tam başa çatdırılmasının nəzərdə tutulduğunu dedi.

Mənbə:ans press

 

27 aprel 2014
GO BACK