Qadin.NET / İnfeksiya yığan "tozsoran"

İnfeksiya yığan "tozsoran"

 


Cərrahi əməliyyatlardan sonra müalicədə xəstələrə və həkimlərə kömək olacaq yeni tibbi avadanlıq yaradılıb. Görünüşcə o, tozsorana bənzəyir. 

Milli.Az eurolab.ua-ya istinadən bildirir ki, PİCO adlı aparat son zamanlar geniş yayılan “mənfi təzyiqlə müalicə” adlanan metodun tətbiqi üçündür. Balaca tozsoran bitişmək bilməyən yaraları təmizləyir. 

Əməliyyat keçirən adamların iyirmisindən birinin bədənində skalpelin açdığı kəsikdən keçən infeksiyalar inkişaf edir. Bəziləri isə diabet və digər xəstəliklər səbəbindən dərilərində yaranan yaralardan əziyyət çəkirlər. PİCO qanı dəriyə yaxın çəkir, bu isə qanın tərkibindəki "şəfaverici" hüceyrələrin hesabına yaranın tez sağalmasına səbəb olur. Həmçinin yaraların yenidən açılmasının qarşısını alır. 

Avadanlıq mobil telefon boydadır, rezin ucu dəriyə elə kip yapışır ki, içəri hava keçirmir. Sonra yaradan hava çəkilir, vakuum yaranır, bunun da hesabına yaraya doğru qan axını güclənir və onun təmizlənib müalicə olunması sürətlənir.

Mənbə:Milli.Az

 

27 aprel 2014
GO BACK