Qadin.NET / Piyləri artıran… fruktoza

Piyləri artıran… fruktoza

 


Kolorado Universitetinin tibb məktəbinin mütəxəssisləri əmindirlər ki, piylənmənin və insulin dayanıqlığının (rezistentliyinin) səbəbi, çox güman ki, bədənin istehsal etdiyi fruktozadır. 

Milli.Az medinfo.ru-ya istinadən bildirir ki, qaraciyərin təkrar piylənməsi və insulin rezistentliyi qaraciyərin fruktoza tərkibi olmayan karbohidrogenləri sintez etməsi zamanı yaranan fruktozanın “əməlidir”. 

Tədqiqatlar göstərib ki, siçanların qaraciyəri qlükozanı fruktozaya çevirə bilir. Bu proses piylənmənin və insulin rezistentliyinin qlükoza ilə qidalanan gəmiricilərdə inkişafı baxımından vacib idi. Gülməli də odur ki, fruktoza orqanizm üçün təhlükəli olmayan, qlikemik indeksi aşağı olan şəkər hesab olunur. 

Tədqiqatın müəllifi Riçard Conson vurğulayır: "Bizim tədqiqatımız göstərdi ki, yuxarı qlikemik indeksi olan ərzaqlar piylənməni və insulin rezistentliyini artırır. Əgər bəzi hallarda kökəlmə kalori çoxluğundan asılıdırsa, daha çox bu proses bədəndə qlükozanın fruktozaya çevrilməsi səbəbindən yaranır"

Mənbə:Milli.Az

 

27 aprel 2014
GO BACK