Ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələrin nikbinliyi onları bədən tərbiyəsi və idmanla məşğul olmağa stimullaşdırır və nəticədə ömürlərini uzadır.
Milli.Az eurolab.ua-ya istinadən bildirir ki, bunu holland alimlər iddia edirlər.
Mütəxəssislər ürəyin işemik xəstəliyindən əziyyət çəkən 600 nəfər arasında sorğu keçiriblər. Bu xəstəlik zamanı arteriyalar yığılır, qanın dövranı pozulur və ürəyə oksigen çatmır. Xəstələr 5 il ərzində anket doldurublar. Beş ildən sonra alimlər anketlərə əsasən müəyyən ediblər ki, əhvalları yaxşı olan zaman xəstələr fiziki təmrinlərlə və idmanla daha çox məşğul olublar və ölüm riski digərlərinə nisbətən onlar arasında 42% daha az olub.
"Müalicə alan ürək xəstələrinin təkcə əhvallarının yaxşı olmasına diqqətimizi yönəltməli deyilik. Biz əmin olmalıyıq ki, bu xəstələr təmrinləri müntəzəm yerinə yetirirlər", - Hollandiyanın Tiburq Universitetinin professoru Süzan Pedersen bildirib.