Qadin.NET / Günün qoroskopu: ləyaqətsiz insanlara inanmayın

Günün qoroskopu: ləyaqətsiz insanlara inanmayın

 

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 
Qoç - hadisələr planlaşdırdığınız təki inkişaf etmir. Buna görə də planları sürətlə dəyişməli olacaqsınız. Yaranan çətinliyin öhdəsindən gələcəksiniz. Amma niyə məhz belə davrandığınızını yaxın ətrafınızdakı insanlara söyləmək üçün vaxt tapın. Əks təqdirdə münaqişə yarana bilər.
İşdə rəhbərlik adi günlərdən fərqli olaraq işinizə, yerinə yetirməli olduğunuz tapşırıqlara daha diqqətlə yanaşır. Tələbkarlıq artır. Özünüzü narahat hiss edə bilərsiniz. Ciddi səhvlərə yol verərək yanlışlıqların sayını artırmamaq üçün soyuqqanlı olun.
Maliyyə durumu əlverişli deyil. Xərclər artır, gəlirlər isə yerində sayır. Romantik münasibətlərdə müsbət təmayüllərin təsiri artır. Fikir ayrılıqlarına son qoymaq olar. Gələcəklə bağlı birgə planlarınızı sevdiyiniz insanla müzakirə edin.
 
Buğa - məhsuldar və uğurlu çalışmaq üçün müəyyən fəaliyyət azadlığına ehtiyacınız var. Mürəkkəb situasiyalarda başqalarından yardım gözləməyərək təkbaşına çalışın. Yaxın ətrafınızdakı insanların dediklərinin əvəzinə olaylar barədə öz təsəvvürlərinizə inanın.
Günün ikinci yarısında intuisiya daha güclü olacaq. İşgüzar görüşləri də məhz bu vaxta planlaşdırın.
Maliyyə və əmlak məsələlərinin müzakirəsini axşam saatlarına qədər təxirə salın. Belədə ortaq məxrəcə gəlmək daha asan olacaq.
Köhnə dostlarla ünsiyyət üçün münasib gündür. Yeni tanışlarla təmaslarda ehtiyatlı və təmkinli olun.
 
Əkizlər - mürəkkəb, qarışıq, laübəli gündür. Hadisələr çoxdur. Onların mahiyyətini müəyyənləşdirmək asan deyil. Mühüm qərarlar qəbul etməyin. Ehtiyac yaranarsa, fikrinə və ya mövqeyinə etibar etdiyiniz insanlarla məsləhətləşin.
Anlaşmalar və sövdələşmələri təhlil etmək, maliyyə məsələlərini çözmək üçün əlverişli zaman deyil.
Günün ikinci yarısında sevdiyiniz insanla münasibətlərdə həssas olun. Onun səhv və yanlışlıqlarını bağışlayın, zəifliklərinizi anlamla qarşılayın.
Ətrafınızdakı insanlarla ünsiyyətdə sürəkli iradlar, tənqidlər, iddialara yol verməyin. Münaqişə yaratmayın.
Xərçəng - məhsuldar çalışın. Qarşınıza qoyduğunuz məqsədlərə çatmağa səy göstərin. Əvvəllər irəliləyişə mane olan sədləri aradan qaldıra biləcəksiniz. Rəqiblər yolunuzdan çəkilirlər, çünki əks təqdirdə ciddi problemlərlə qarşılaşacaqlarını bilirlər.
İşdə rəhbərlik və həmkarlarla asanlıqla dil tapacaqsınız.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənir. Yaxınlarınız üçün faydalı olmağa çalışın. Alış-veriş etmək olar. Ailənin bütün üzvlərinin karına gələ biləcək əşyalar alın.
 
Şir - təxribatlara uymayın. Bugünkü uğurlarınız çətin situasiyada soyuqqanlı və təmkinli davranmaq məharətindən əhəmiyyətli dərəcədə asılıdır. Sizinlə manipulyasiya etmək istəyənlərə sərt cavab verin. Etibarınızdan sui-istifadə etmək istəyənlər var.
Günün ikinci yarısında maliyyə fonu əlverişlidir. Alış-veriş, investisiyalar etmək olar. İşgüzar təmaslar sərfəli və mənfəətli olacaq.
Axşam saatlarını təklikdə və ya yaxınlarınızla keçirin. Dəvət aldığınız tədbirə qatılanlar çoxdursa, ora getməyin.
İmiclə eksperimentlər etmək, nəyisə köklü şəkildə dəyişmək məsləhət deyil. Nəticə sizi təəssüfləndirə bilər.
 
Qız - maraqlandığınız insanın diqqətini cəlb etmək üçün əlverişli zamandır. Nüfuzlu insandan dəstək almağa çalışın. Yeni tanışlıqlar istisna deyil. Səyləriniz nəticəsiz qalmayacaq.
Yarımçıq qoyduğunuz işi başa vurun. Ciddi məsələni unutmayın, təklifi qulaqardına vurmayın.
Günün ikinci yarısında əsas işi ikinci dərəcəli məsələdən ayırın. Sənədləşdirmə ilə məşğul olmaq olar. Köç və ya yeni işə başlamaqla bağlı sənədləri qaydaya salın. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq.
 
Tərəzi - yaxşı, münasib gündür. Köhnə işləri başa vurmaq, yeni işlərə başlamaq olar. Düşünülmüş addımlar atın, tələskənlik etməyin.
Bilik, bacarıq, təcrübənin artırılması üçün əlverişli zamandır. Yeni informasiya asanlıqla əxz olunur. Həmin məlumat bir qədər sonra karınıza gələ bilər.
İşgüzar danışıqlar məhsuldar keçəcək. Mühüm məsələləri telefonla yox, şəxsi görüşdə müzakirə edin.
Günün ikinci yarısında şəxsi münasibətlərdə irəliləyiş, ciddi yeniliklər ola bilər. Bunun üçün davranışınızda korrektələr olmalıdır.
Yaşlı qohumların diqqətinizə ehtiyacı var. Onlar sizinlə ünsiyyətə sevinəcəklər.
Əqrəb - bu gün sizi məqsədə aparacaq yolda qarşılaşa biləcəyiniz sədləri dəf edə bilərsiniz. Yaşam potensialının səviyyəsi yüksək orlduğundan adi günlərlə müqayisədə daha çox işlər görə bilərsiniz. Ağır fiziki işlərdən çəkinməyin. Enerjinizi gərəkli istiqamətə yönəltsəniz, yaxşı nəticələr əldə edəcəksiniz.
Günün ikinci yarısında aqressiv davranışa meylli olmayın. Dəyər verdiyiniz insanlardan sirr saxlamayın. Ədalətli, amma sərt iradlarınız inciklik yarada bilər.
 
Oxatan - bir qədər əvvəl başlanmış mürəkkəb və önəmli işləri başa vurmaq üçün əlverişli zamandır. Son günlərdəki fəaliyyətinizdə yol verdiyiniz səhvlərin fəsadlarını aradan qaldırın. Yeni işgüzar münasibətlərə başlamaq, uzunmüddətli əməkdaşlıqla bağlı anlaşma və ya müqavilə imzalamaq məsləhət deyil.
Günün ikinci yarısında situasiya köklü şəkildə dəyişə bilər. Fəaliyyət şərtlərində yeniliklər olacaq.
Yeni münasibətlərə başlamağa tələsməyin. Bəyəndiyiniz insan göründüyü kimi deyil. Maliyyə fonu uğurludur. Nəzərdə tutduğunuz alış-verişə çıxa bilərsiniz.
 
Oğlaq - çətin, işlərin çox olacağı gündür. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq və indiyədək böyük zəhmət bahasına əldə etdiyiniz nailiyyətləri itirməmək üçün ciddi səylərə ehtiyac var.
İş yerində mühit xoş deyil. Həmkarlarla dil tapmaq asan deyil. İşgüzar tərəfdaşlarla təmaslarda problemlər yarana bilər
Günün ikinci yarısında yaxınlarınızla təmaslarda həssas, qayğıkeş olun. Əməl və qərarlarınızı yaxınlarınıza anladanda diqqətli olun. Axşam saatlarını yeni aşkarladığınız şans və ya imkanların dəyərləndirilməsinə sərf edin.
 
Dolça - diqqətlə izlədiyiniz insanla ünsiyyətlər üçün əlverişli zamandır. İdeyalarınız əladır. Onların bəzilərinin reallaşması yaşamınızda əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər. Alış-veriş etmək olar.
Günün ikinci yarısında darıxdırıcı, yeknəsək, rutin iş sizi yora bilər. Fikrinizi cəmləşdirin, diqqətli olun. Cari işləri həll etməli olduğunuz halda xəyallar aləminə qapılmayın. İşgüzar görüşə tək yollanmayın. Mühüm detalı nəzərdən qaçırmamaq üçün sayıq olun, sərvaxt davranın.
 
Balıqlar - çətin, xoşagəlməz, qarışıq gündür. Sizə çox pis münasibət bəsləyən, düşmən mövqe tutmuş insanın hərəkətləri və müdaxilələri planların dəyişdirilməsinə səbəb ola bilər. Başqalarının səhvlərinin fəsadlarının aradan qaldırılması çox vaxt alacaq. Yaxın ətrafınızdakı insanlara yardım edin. Lakin onlar sizə minnətdarlıq etmək əvəzinə narazılıqlarını bildirirlər. Bu isə təbii ki, əhvalınızı yaxşılaşdırmır.
Günün ikinci yarısında yarımçıq işləri tamamlayın. Çətin, çözülməmiş problemə yanaşma tərzini və ya fəaliyyət modelini dəyişin. İşgüzar və şəxsi münasibətlərdəki situasiyanı saf-çürük edin. Ləyaqətsiz insanlara inanmayın.
 Mənbə:Milli.Az

 

27 aprel 2014
GO BACK