2014-cü ilin birinci rübündə Android mobil əməliyyat sistemi iOS-u ötərək ilk dəfə mobil reklam trafikinin həcminə görə ən böyük platforma olub. Bu haqda 2014-cü ilin birinci rübü üzrə Opera Mediaworks şirkətinin State of Mobile Advertising hesabatında yazılıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Android platforması ilə işləyən smartfonlar hələ 2013-cü ilin sonunda iPhone-la müqayisədə böyük bazar payına nəzarət edib, amma indiyədək iOS platforması mobil reklam trafikinin həcminə görə lider olub.
Bundan başqa, Google-un əməliyyat sistemi tədricən mobil reklamdan əldə olunan gəliri artırır. Belə ki, bir il bundan əvvəl mobil reklamdan əldə olunan gəlirin 26.7%-i Android platformasının payına düşürdüsə, hazırda bu göstərici 33%-i ötür.
Mənbə:Milli.Az