Qadin.NET / Duaların axırında deyilən "amin" sözünün mənası nədir?

Duaların axırında deyilən "amin" sözünün mənası nədir?

 


Milli.Az İslam.az-a istinadən bildirir ki, bu sözün qədim yəhudi dilində “El meleh neeman” (Allah doğru­culdur və ya doğru deyir) ifadəsindəki sözlərin baş hərflərindən təşkil edildiyi ehtimal olunur. Bibliyada bu söz bir neçə dəfə işlədilmişdir. Ərəb dilinə də bu söz yəhudi dilindən keçmişdir. Adətən, dua zamanı dua edənin özü və onu eşidənlər "amin" söyləyirlər. Mənası budur ki, qoy bu duada deyilən sözlər həyata keçsin.

 
Əhli-sünnə məzhəbinə görə, namazda Fatihə surəsinin oxunuşundan sonra amin söyləmək sünnətdir. Cəfəri məzhəbində isə bu, nəinki bəyənilmir, hətta namazı batil edir.
 Mənbə:Milli.Az

 

27 aprel 2014
GO BACK