Dünyanın ən güclü silahlı qüvvələrinin siyahısı açıqlanıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, "Global Firepower" dünyanın ən güclü ordularının siyahısını açıqlayıb.
11 ölkənin qərarlaşdığı siyahıda Türkiyə Silahlı Qüvvələri də var.
Dünyanın ən güclü 11 ordusunu təqdim edirik:
11. İsrail
Büdcənin 18 faizini silahlanmaya ayıran İsrailin ən çox xərc çəkdiyi sahə "Dəmir Qübbə" adlı müdafiə sistemləridir.
İsrailin müdafiə xərcləri təxminən 15 milyard dollar təşkil edir.
10. Yaponiya
Yaponiya 11 il sonra ilk dəfə müdafiə xərclərini artırıb. 247 min personalı olan Yaponiya silahlı qüvvələrinin ümumi xərci 49 milyard dollardır.
9. Cənubi Koreya
Şimaldakı qonşusu ilə gərginlik içərisində yaşayan Cənubi Koreyanın hərbi xərci 34 milyard dollar həcmindədir. Ölkədəki hərbi personal sayı 640 mindir. Ehtiyat personal sayı isə 2 milyon 900 mindir.
8. Türkiyə
Türkiyənin hərbi xərclərinin bu il 9,4 faiz artması gözlənilir. Türkiyənin müdafiə büdcəsi isə 18,2 milyard dollar təşkil edir.
7. Almaniya
İkinci dünya müharibəsindən sonra yalnız özünümüdafiə qüvvələri yaratmağa icazə verildiyi Almaniya Yuqoslaviyanın dağılmasından sonra dünyada mühüm rol oynamağa başlayıb. Almaniya ordusunun illik xərci 45 milyard dollar həcmindədir. Bu ölkənin 183 min əsgəri var.
6. Fransa
Mərkəzi Afrika Respublikası, Mali və Livyadakı əməliyyatlarda önə çıxan Fransa müdafiəsinə ildə 43 milyard dollar xərcləyir. Ölkə illik büdcəsinin 2 faizini silahlanmaya ayırır.
5. İngiltərə
İngiltərə 2018-ci ilə qədər silahlı qüvvələrinin xərcini 20 faiz azaltmağı planlaşdırır. Ölkənin müdafiə xərcləri 54 milyard dollara çatır. İngiltərə 40 təyyarə tutumu olacaq yeni bir gəmisini 2020-ci ildə istifadəyə verməyə hazırlaşır.
4. Hindistan
Hindistan dünyanın ən böyük hərbi ləvazimat idxalçısıdır. Ölkənin müdafiə xərcləri 46 milyard dollardır. Hindistanın əlində Pakistan və Çini vura biləcək mənzilə sahib ballistik mərmilər də var.
3. Çin
Çinin müdafiə xərcləri bir ildə 12 faiz artıb. Çin ordusunun 2 milyon 285 min aktiv personalı var. Ehtiyat qüvvələrinin sayı isə 2 milyon 300 mindir. Çin müdafiəsinə 126 milyard dollar xərcləyir.
2. Rusiya
Kreml müdafiə xərclərini 3 il ərzində 44 faiz artırmağı planlaşdırır. Rusiya müdafiə büdcəsi 76 milyard dollar səviyyəsindədir. 766 min aktiv personalı olan Rusiya ordusunun 2 milyon 485 min ehtiyat qüvvəsi var. Ölkənin qarşılaşdığı ən böyük müdafiə problemi isə tanklarla bağlıdır.
1. ABŞ
ABŞ-ın müdafiə büdcəsi 612 milyard dollar həcmindədir. Dünyada ən çox hərbi təyyarəsi olan ABŞ elektromaqnetik güclə çalışan uzun mənzilli silahlar kimi son texnologiyaya sərmayə qoyur
Mənbə:Milli.Az